Öyrənməni real bacarıqlara və uğurlu nəticələrə çevirən platforma.
DevNex Hub-da hər bir tədris proqramı öz sahəsində çalışan mütəxəssislər — mühəndislər, tədqiqatçılar və təcrübəli pedaqoqlar tərəfindən hazırlanır və tədris olunur. Məqsədimiz nəzəri bilikləri real təcrübə ilə birləşdirərək gələcəyin mütəxəssislərini yetişdirməkdir.
Bizim tədris yanaşmamızın əsasını praktika təşkil edir. Hər dərs real layihələr, yaradıcı tapşırıqlar və praktiki fəaliyyətlərlə zənginləşdirilir. Təlimin sonunda yalnız sertifikat deyil, həm də bilik və bacarıqlarını nümayiş etdirən real layihələrdən ibarət portfolio əldə edirsən.
DevNex Hub təlim proqramlarını uğurla tamamlayan iştirakçılar əldə etdikləri bilik və bacarıqları təsdiqləyən sertifikatlarla təltif olunurlar. Bu sertifikatlar təhsil və peşəkar inkişaf yolunda qazandığın nailiyyətləri nümayiş etdirməyə kömək edir.
DevNex Hub tələbə və müəllimləri beynəlxalq layihələrə, olimpiadalara və innovasiya müsabiqələrinə hazırlaşdırır. Regional STEAM yarışlarından tutmuş beynəlxalq robototexnika və süni intellekt müsabiqələrinə qədər müxtəlif platformalarda iştirak imkanları yaradırıq. Eyni zamanda, müəllimlər üçün beynəlxalq əməkdaşlıq layihələri, təcrübə mübadiləsi və peşəkar inkişaf proqramları təşkil edirik.
Öyrənənlərin, müəllimlərin və təhsil sahəsində çalışan mütəxəssislərin təcrübələri
"DevNex Hub-un AI mentorluq proqramı məktəbimizdə müasir və sistemli tədris yanaşmasının formalaşmasına kömək etdi. Əvvəllər süni intellektə yalnız maraqla yanaşan şagirdlər indi öz AI layihələrini hazırlayır, müxtəlif süni intellekt alətlərindən istifadə edir və yaradıcı ideyalarını real həllərə çevirirlər. Mentorların fərdi yanaşması və praktiki tapşırıqlar sayəsində şagirdlərimiz texnologiyanı sadəcə öyrənmir, həm də ondan düzgün və səmərəli istifadə etməyi mənimsəyirlər. Bu proqram onların analitik düşünmə, problem həll etmə və innovativ yanaşma bacarıqlarının inkişafına mühüm töhfə verir."
"Süni intellektin əsasları kursuna heç bir əvvəlki təcrübəm olmadan başladım. Layihə əsaslı tədris yanaşması nəzəri bilikləri praktik bacarıqlara çevirməyimdə həlledici rol oynadı."
"DevNex Hub mənə öyrənməyin sadəcə məlumat əldə etməkdən ibarət olmadığını göstərdi. Burada mentor dəstəyi, komanda işi, fikir mübadiləsi və davamlı geribildirim prosesi vahid öyrənmə mühiti yaradır. Bu yanaşma inkişaf etmək istəyən hər kəs üçün böyük fürsətdir."
DevNex Hub ilə gələcəyi quran 1000+ öyrənən, tələbə və pedaqoqa qoşul.